DGK cəbhədə baş verənlərə görə qərarını dəyişdi

Tural İbadlı Maliyyə-Biznes 30 sentyabr 2020
0
Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “NewsCafe”yə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər  beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi  ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.  DGK isə yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün analoji addımı atıb.
 “Smart Customs” tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930