Gömrük Komitəsi bu güzəşti də ləğv etdi

Tural İbadlı Maliyyə-Biznes | Sosial 01 fevral 2021
0
Dövlət Gömrük Komitəsinin(DGK) "Smart Customs” mobil tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranmış nasazlıq bu gündən aradan qaldırılıb.
DGK-dan “NewsCafe”yə verilən məlumata görə, artıq xaricdən mal gətirən poçt və daşıyıcı şirkətlərin müştəriləri aldıqları malları bəyan etməlidirlər.
Komitə bu məqsədlə bütün daşıyıcı şirkətlərə müştərilərini məlumatlandırmaq üçün bildiriş göndərib.
Xatırladaq ki, "Smart Customs” mobil tətbiqinin və e.customs.gov.az portalının bu il yanvarın 1-dən işə düşməsi nəzərdə tutulsa da, bu məsələ texniki nasazlıqlara görə yubanmışdı. Teni qaydalara görə bu tətbiq və portalda bəyan edilməyən bağlamaların ölkəyə gətirilməsi qadağan edilir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728