“Standard Insurance”ın baş ofisi satışa çıxarılıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 27 oktyabr 2020
0
Ləğv prosesində olan (müflis elan edilmiş) “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin yerləşdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 94 ünvanındakı qeyri-yaşayış sahəsi satışa çıxarılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə maliyyə qurumunun Ləğvetmə Komissiyası qərar qəbul edib.
Məlumata görə, satış şirkətin digər aktivlərində olduğu kimi açıq hərrac yolu ilə baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Standard Insurance”in lisenziyasını bu il mayın 19-da ləğv edib. Bakı Kommersiya Məhkəməsinin bu il iyulun 29-da qəbul etdiyi qərarla sığorta şirkəti müflis elan olunub, avqustun 17-də qəbul etdiyi qərarla isə onun Ləğvetmə Komissiyasının tərkibi müəyyən edilib. Komissiyaya İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031