Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə aid şirkətin xərci gəlirini üstələyib

Tural İbadlı Maliyyə-Biznes | Sosial 07 noyabr 2020
0

 2019-cu ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 5,359 milyon manat gəlir əldə edib.

"NewsCafe" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 2,823 milyon manatı qeyri-birja, 2,536 milyon manatı isə birja əməliyyatlarından əldə olunub.

Ötən il kommersiya qurumunun xərci isə gəlirindən 446 min manat çox - 5,805 milyon manat təşkil edib. Bunun da 2,709 milyon manatı əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərclər, 2,227 milyon manatı sərf edilmiş materialların dəyəri üzrə xərclər, 492 min manatı amortizasiya xərcləri, 376 min manatı isə sair əməliyyat xərcləridir.

Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə “Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. 2014-cü ildə şirkət adını “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Onun nizamnamə kapitalı 1,125 milyon manatdır. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.

@Report.Az

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30