Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Tural İbadlı Energetika | Sosial 03 noyabr 2020
0
Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb
Bu ilin sentyabr ayında Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
NewsCafe”nin məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,8 milyon ABŞ dolları və yaxud 2,07 dəfə çoxdur.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 51,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon ABŞ dolları və yaxud 17,5% azdır.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30