KİVDF yaşlı nəsil jurnalistlərlə görüşün təşkilinə 100 min manat xərcləyəcək

Maliyyə-Biznes | Sosial 24 noyabr 2020
0


Azərbaycan Prezidenti Yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olmuş yaşlı nəsil jurnalistlərlə görüşün təşkili ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

"Newscafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sinergi Partnerşip" MMC-dir.

Qalib şirkətə 99 860 manat ödəniləcək.

Qeyd edək ki, "Sinergi Partnerşip"in 808.45 mant vergi borcu var. Şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Rüfət Aydin oğlu Abbasovdur.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30