“YAŞAT” Fondunun rəhbərliyinə təyinatlar edilib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 08 yanvar 2021
0
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.
Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031