"Azərişıq": Qəza xidmətimiz 24 saat işləyib

Tural İbadlı Energetika | Sosial 22 yanvar 2021
0
"Azərişıq" ASC-nin qəza xidməti qeyri-sabit hava şəraitində 24 saat fasiləsiz iş başındadır.
NewsCafe” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
“Ən ucqar dağlıq ərazilərdə belə qarlı şaxtalı havada abunəçilərimizə xidmətdən qürur duyuruq!”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti yanvarın 19-dan 21-nə qədər ölkə arazisində hava şəraitinin qeyri - sabit keçəcəyini bəyan etmişdi. Bununla bağlı səhmdar cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib və əlavə tədbirlər görüb.
Belə ki, “Azərişıq” rəhbərliyinin tapşırığı ilə növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material,maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031