“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Tural İbadlı Energetika | Sosial 17 fevral 2021
0
Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə “NewsCafe”yə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar Bakıda və regionlarda növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
"İstehlakçılar elektrik eneri təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - qurum bəyan edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728