"Azərişıq"da təcili iclas: Qurum gücləndirilmiş iş rejiminə keçdi

Tural İbadlı Energetika | Sosial 07 fevral 2020
0
"Azərişıq"da təcili iclas: Qurum gücləndirilmiş iş rejiminə keçdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə başladı.
Bunu “NewsCafe”yə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib:
“Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.
T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829