Yeni nazir Ramiz Mehdiyevin qohumunu vəzifədən azad etdi

Tural İbadlı HiTech 06 fevral 2021
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir sıra kadr dəyişiklikləri baş verib.
NewsCafe”nin əldə etdiyi məlumata görə, Nazirliyin ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin rəhbəri Zahid Mehdiyev vəzifəsindən azad edilib.
Bundan əlavə adıçəkilən Nazirlikdə İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Sevinc Hacıyeva da işini itirənlər arasındadır.
Hələlik hər iki şöbəyə müdir təyin edilməyib.
Qeyd edək ki, vəzifəsindən azad edilən Z.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin yaxın qohumudur.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728