Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı

Tural İbadlı Əməliyyat-axtarış | Sosial 07 fevral 2021
0
Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
"NewsCafe"nin əldə etdiyi məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.
Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.
DİN-in Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728