Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi

Tural İbadlı Xarici xəbərlər 27 fevral 2021
0
Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.
"NewsCafe"nin məlumatına görə, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728