Nikol Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etdi

Tural İbadlı Xarici xəbərlər | Sosial 25 fevral 2021
0
Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.
"NewsCafe" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lakin hökumət başçısının sərəncamı hələlik qüvvəyə minməyib. Bunun üçün Ermənistan prezidenti Armen Sarkisyan O.Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamalıdır. Dövlət başçısı hələlik qərarı imzalamayıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728