Paşinyan istefa verəcəyi vaxtı açıqlayıb

Tural İbadlı Xarici xəbərlər 28 mart 2021
0
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelində istefa verəcək.
NewsCafe” xəbər verir ki, bunu o, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.
O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək:
“Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərinin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.
Qeyd edək ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitutisya tələblərinə uyğun olaraq istefaya gedəcək.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031