"Baku Electronics" istehlakçıların hüquqlarını pozub

Tural İbadlı Məhkəmə | Sosial 04 mart 2021
0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barədə inzibati protokol tərtib edilib.
NewsCafe” xəbər verir ki, istehlakçıların hüquqlarının pozulmasına görə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.7-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.
@Report.Az
Oxşar xəbərlər
Şərhlər - cəmi1
  1. Pulsuz Elanlar 05-mar, 09:35

    Yegin ki reqabet olan sirketlerden biri sifaris edib...


    Pulsuz elanlar
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031