Daxili İşlər Nazirliyi Dini Komitəni cərimələdi

Tural İbadlı Maliyyə-Biznes | Sosial 27 mart 2021
0
Daxili İşlər Nazirliyi tərəfindən Dini Qurumlara İş üzrə Dövlət Komitəsi cərimələnib.
"NewsCafe" xəbər verir ki, Komitəyə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib.
Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı Dini Komitəyə rəsmi sorğu göndərib.
Lakin Komitə polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən DQİDK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.
Protokolla bağlı qərar verilməsi üçün Səbail rayon məhkəməsinə müraciət edilib. İşə aprelin 8-də baxılacaq.
@qafqazinfo.az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031