Deputatlığa keçmiş namizəd "Bakı Sığorta"da yüksək vəzifəyə təyin olunub

Tural İbadlı Maliyyə-Biznes 21 aprel 2021
0
Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinə yeni müşavir təyin olunub.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, bu vəzifə Turabxan Turabxanlıya həvalə edilib.
O, ötən il keçirilmiş növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd olub, yeni təyinata qədər isə adıçəkilən sığorta şirkətində İdarə Heyətinin üzvü və Satış departamentinin müdiri vəzifəsində çalışıb.
T.Turabxanlı "Report"a faktı təsdiqləyib.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930