Hafiz Hacıyev: “TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“

Tural İbadlı Səhiyyə | Sosial 24 aprel 2021
0
“Yeni Səhiyyə naziri kim olacaqsa, TƏBİB-in səlahiyyətləri ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır”.
"NewsCafe" xəbər verir ki, bu sözləri Yenisabah.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. O, Oqtay Şirəliyevin vəzifədən kənarlaşdırılması qərarının gözlənilən olduğunu bildirib: “Əlbəttə, bu qərar gözlənilən idi. Cənab Prezidentin bütün qərarlarına biz hörmətlə yanaşırıq. O cümlədən də Oqtay Şirəliyevlə bağlı qərarına da. Oqtay müəllim artıq yaşlanmışdı. O bu sahədə kifayət qədər işlər gördü. Bu qərar başadüşüləndir, çünki bu yaşdan sonra işləmək bir az çətin olur. Hər halda Prezidentin qərarları xalq tərəfindən də dəstəklənir. Düşünürəm ki, Səhiyyə nazirinin getməsinə ehtiyac var idi”. Partiya sədri qeyd edib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olan səlahiyyətlər alınaraq, yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir. Onun fikrincə, TƏBİB və Səhiyyə Nazirliyi arasında gedən “nüfuz savaşı”na son verilməlidir: “Bundan sonra TƏBİB-də olan rüşvət-korrupsiya məsələləri həll olunmalı, onun səlahiyyətləri yenidən Səhiyyə Nazirliyinə qaytarılmalıdır. Səhiyyə Nazirliyində ikihakimiyyətlilik yaranıb. Buna ehtiyac yoxdur, ona görə də yeni Səhiyyə naziri kim olacaqsa, bu səlahiyyətlər ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın əlindən bütün səlahiyyətlər alınmalıdır. Korrupsioner məmurlarla bağlı artıq mübarizə aparılır, cənab Prezident bu işə başlayıb, ümid edirəm ki, uğurla sona çatacaq”. Qeyd edək ki, ötən gün Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930