"O zaman bu faciəvi köç olmasaydı, bu gün, Kim Kardaşyan Vanda köydə inək sağırdı"

Tural İbadlı Şou 25 aprel 2021
0
"Rusiya Dövlət Duması 14 aprel 1995-ci ildə qərar alıb və Osmanlıda baş verən hadisələri "soyqrımı" kimi tanıyıb, və 24 aprel tarixini "Erməni soyqrımı qurbanlarının anım günü" elan edib.
Dünyada onlarla dövlət bu məsələyə "soyqrımı" deyib".
"NewsCafe" xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
"Baydenin deməsi nəyi dəyişəcək?! Məncə, heç nə, sadəcə ürək bulandırırlar, bir daha:Tarixə siyasi qiymət vermək cəhdi ilə tarixi saxtalaşdırmaq eyni məsuliyyətsiz davranışdır! Bu hadisələrlərə tarixçilər arxiv materialları, elmi yanaşma ilə qiymət verməlidirlər, siyasətçilərin bunu alətə çevirmələri absurddur.
Osmanlıda 1915-ci ildə çoxsaylı siyasi oyunlar qurulub, Rus İmperiyası Osmanlıda yaşayan erməniləri oyuna salıb türklərə arxadan zərbə vurmağa təhrik edib və nəticədə faciəvi hadisələr və ermənilərin dünyaya köçü baş verib.
O hadisələr ermənilərin dünyaya yayılmasına, güclü lobbi qurmasına da səbəb oldu.
O zaman bu faciəvi köç olmasaydı, bu gün, məsələn, Kim Kardaşyan Vanda köydə inək sağırdı.
Nə isə, önümüzə baxaq, bu məsələ heç vaxt "təzminatla" sona çatmayacaq, məncə, daha sakit, soyuqqanlı davranıb Azərbaycanla Türkiyənin hərbi-iqtisadi sahədə daha dərin inteqrasiyasına doğru addım-addım getməliyik..." - N.Cəfərli əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930