Dövlət Komitəsindən Qarabağa dair 2 milyard manatlıq satınalma

Tural İbadlı Maliyyə-Biznes 26 aprel 2021
0
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
"NewsCafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Qalibə müvafiq olaraq 116,2 milyon manat, 457,9 milyon manat, 489,5 milyon manat, 567,1 milyon manat, 338,8 milyon manat və 211,6 milyon manat, ümumilikdə isə 2 181 milyon manat ödəniləcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930