Beynəlxalq Basketbol Federasiyasının prezidenti istefa verdi

Tural İbadlı Komanda 14 iyun 2021
0
Beynəlxalq Basketbol Federasiyasının (FIBA) prezidenti Hamane Nyanq istefa verib.
"NewsCafe" FIBA-nın rəsmi saytına istinadən xəbər verir ki, Malidən olan funksioner yerli federasiyanın üzvlərinə qarşı cinsi təcavüz iddiaları ilə bağlı vəzifəsindən müvəqqəti ayrılıb.
Onu hələlik bu postda qurumun vitse-prezidenti şeyx Saud Əli Əl-Tani əvəzləyib.
Qeyd edək ki, Nyanq 1999 - 2007-ci illərdə Mali Basketbol Federasiyasına rəhbərlik edib. Təcavüzdə günahlandırılanlar yığmanın məşqçiləri - Amadu Bamba, Umar Sissoko və federasiya nümayəndəsi Hario Maiqadır. Onların hər üçü vəzifələrindən kənarlaşdırılıblar. Nyanqın özü isə ittihamları rədd edir.
@Report.az
Oxşar xəbərlər
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930