“Etibar Əliyev qanmaz və paxıl adamdır” – Misir Mərdanov onu işdən niyə qovubmuş?

Tural İbadlı Maraqlı | Siyasət 19 iyul 2021
0
"Etibar Əliyevin bu açıqlaması Prezidentin yürütdüyü siyasətə qarşı çıxmaqdır”.
"NewsCafe" xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyevin jurnalistlərə verilən evlərlə bağlı qalmaqallı fikirlərinə münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun fikrincə, dövlət hər zaman mətbuat nümayəndələrinə qayğı göstərməlidir:
"Dövlət jurnalistlərin ona görə qayğısına qalmalıdır ki, 44 günlük müharibə dövründə mediamız yüksək səviyyədə işləyərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu gün də həmin siyasəti davam etdirirlər”.
C. Nuriyev bildirdi ki, ölkədə normal reklam bazarı olsaydı, E. Əliyev dediklərində haqlı olardı: "Jurnalistlərə bu evlərin verilməməsini o vaxt tələb etmək olardı ki, mətbuatın normal reklam bazarı olsun. İndilikdə isə bu yoxdur. Jurnalist ayda 300-500 manata işləyirsə və ailəsini dolandırmaq üçün bəziləri müəyyən əyri yola gedirsə, burada günahkar onun özü deyil, həmin şəraiti yaradan hökumətdir. Etibar Əliyevin necə seçildiyi də məlumdur”.
Nuriyev qeyd edib ki, deputatın jurnalistlər barədə belə açıqlaması səlahiyyətini başa düşməməsindən irəli gəlir: "Dövlət başçısı elan edibsə ki, jurnalistlər üçün yaşayış binası tikilsin, Etibar Əliyev kimi şahsevən deputat bunun əksini danışmaqla birbaşa Prezidentin yürütdüyü siyasət əleyhinə təbliğat aparır. Əslində, onda Prezidentin əleyhinə getmək cürəti yoxdur. Bu adam qorxaq olmaqla yanaşı, bunu sadəcə başa düşməməkdən, qanmazlıqdan, özünü publikaya göstərməkdən ötrü edir”.
Həmsöhbətimiz E. Əliyevin paxıl olduğunu dedi: "Jurnalistlərə verilən evlərlə bağlı söylədikləri də paxıllıqdan qaynaqlanır. O, danışmasa daha yaxşıdır. Etibar Əliyev bir müddət Təhsil Nazirliyində ekspert işləyib. O vaxtkı nazir Misir Mərdanov onu murdar xasiyyətinə görə qovdu”.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031