Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Tural İbadlı Xarici xəbərlər 30 iyul 2021
0
“Azərbaycan bizə amfibiya (yanğınsöndürən) təyyarəsi göndərəcək”.
"NewsCafe" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərdən danışarkən bildirib.
“Bütün imkanlarımızı səfərbər etmişik. Dünyada ən güclü yanğınsöndürənlər heyətinə sahibik. Bəziləri iddia edirlər ki, Türkiyə Milli Aviasiyasının təyyarəsi var və s. Guya ondan istifadə etməmişik. Təyyarə filan yoxdur. Bunlar bilmədiklərini danışar, uydurarlar.
Hazırda yanğınların söndürülməsinə 45 helikopterimiz və 5-6 təyyarə cəlb olunub. Onlar Ukrayna və Rusiya təyyarələridir. Azərbaycan da bir təyyarə göndərəcək. Bunların sayı 6-7-yə çatacaq. Bu təyyarələr vasitəsi ilə yanğının tezliklə söndürüləcəyi gözlənilir”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031