Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı

Tural İbadlı Xarici xəbərlər | Sosial 31 iyul 2021
0
“Muğladan və digər vilayətlərdən, Azərbaycandan gələn yanğın-xilasetmə heyətinin üzvləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”.
NewsCafe” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Türkiyədə təyyarə ilə bağlı problemlərin əsas səbəbi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsidir.
“Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə meşə yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”.
Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031