Azərbaycanın Cənubi Koreyada yaratdığı şirkət bağlanıb

Tural İbadlı Maliyyə-Biznes | Siyasət 01 sentyabr 2021
0
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı MAPS21 şirkətini ləğv edib.
"NewsCafe" bu barədə Fondun audit hesabatına istinadən xəbər verir.
Buna səbəb Fondun həmin ölkədə aldığı daşınmaz əmlakı ötən il satmasıdır.
Hazırda ARNDF ölkə xaricində 13 törəmə şirkətə malikdir. Bunlardan 5-i Böyük Britaniyada (Cersi), 5-i Lüksemburqda, 1-i Yaponiyada, 1-i Fransada, 1-i isə Rusiyada yerləşir. Şirkətlərdən 12-də Fondun payı 100%, 1-də (Yaponiyada) isə 98%-dir. 13 şirkətdən 9-u əmlakın, 4-ü isə investisiyanın idarə edilməsi məqsədi ilə yaradılıb.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930