Aydın Kərimovun şirkətləri ləğv olunur

Tural İbadlı Maliyyə-Biznes 14 mart 2022
0
Azərbaycanda 4 şirkət ləğv olunduğunu elan edib.
"NewsCafe" “Vergilər” qəzetində yayımlanan elana istinadən bildirir ki,  "Kaspian Marin" MMC (VÖEN-1501002291), "KASPİAN İNVEST" MMC (VÖEN – 1500122841), "BAKI MARIN SERVIS" MMC (VÖEN – 1701034981) və "CASPİAN EVENTS LTD" MMC (VÖEN – 2003250401) ləğv olunurlar. 
Ləğv olunduğunu elan edən "Kaspian Marin" MMC-nin qanuni təmsilçisi Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında Şuşa şəhərinə təyin etdiyi xüsusi nümayəndəsi Aydın Kərimovdur.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri,  M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu ünvan eyni zamanda Aydın Kərimovun qeydiyyatda olduğu ünvandır. 
Ləğv olunan "KASPİAN İNVEST" MMC-nin də hüquqi ünvanı M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu MMC-nin qanuni təmsilçisi Rüfət Abasov eyni zamanda "BAKI MARIN SERVIS" MMC-nin qanuni təmsilçisidir. 
Aydın Kərimov eyni zamanda Londonda qeydiyyatda olan və 2020-ci ilin oktyabr ayında ləğv olunan “AFEA International LLP” şirkətinin də rəhbəri olub.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031