Səhiyyə Nazirliyinin vəzifədən azad olunan Aparat rəhbəri: "Öz ərizəmlə çıxdım"

Tural İbadlı Səhiyyə 06 sentyabr 2021
0
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.
"NewsCafe" xəbər veri ki, bu barədə "Report"a N.Zeynalov özü məlumat verib.
O bildirib ki, öz ərizəsi ilə nazirliyin Aparat rəhbəri vəzifəsindən çıxıb: "Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.
Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.
N.Zeynalovun vəzifəsindən azad olunması barədə ilk xəbəri unikal.org saytı yayıb.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930