Jurnalist icra başçısına məxsus restoranda döyülüb?

Tural İbadlı Əməliyyat-axtarış | Sosial 29 sentyabr 2021
0
Bakıda restoranda çəkiliş edən jurnalist döyülüb.
NewsCafe” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məlumatda iddia edilir ki, hadisə paytaxtda fəaliyyət göstərən “Dəyirman” adlı restoranda baş verib. İlkin məlumatlara görə, jurnalist restoranında canlı yayımla çəkiliş aparan zaman ona təzyiq göstərərək sağ qolunu sındırıblar. Telefonu isə əlindən alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, mövzu ilə əlaqədar aidiyyəti üzrə araşdırma aparılır.
İddialara görə, sözügedən restoran Yasamal Rayonu İcra Hakimiyyətinin başcısı Elşad Həsənova məxsusdur.
Yayılan iddialara aydınlıq gətirilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti, eləcə də adıçəkilən “Dəyirman” restoranı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930