Bakıda binanın uçma təhlükəsi yaranıb, yollarda hərəkət məhdudlaşdırılır

Tural İbadlı Qəza | Siyasət 26 oktyabr 2021
0
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib.
DYP-dən "NewsCafe"yə daxil olan müraciətdə deyilir:
"Paytaxtın Nərimanov rayonu ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov istiqamətinə olan yolun yəni, A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.
Qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir".
“Qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər” - DYP-dən bildirilib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031