BNA: "100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb"

Tural İbadlı İnfrastruktur | Sosial 26 oktyabr 2021
0
Bu günə qədər Bakı şəhərində 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb.
"NewsCafe" bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Sarı döyünən işıqlar piyada təhlükəsizliyində əsas rol oynayan qurğulardan biridir. Bu yenilik paytaxtda ilk dəfə Xətai rayonunun Sabit Orucov və Mehdi Mehdizadə küçələrində tətbiq olunub. Sarı döyünən işıq piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etməklə yanaşı, avtomobil sürücülərinə qaranlıq saatlarda eynisəviyyəli piyada keçidindən keçmək istəyən piyadanı görmək, yaxınlaşarkən sürəti azaltmaq imkanı verir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031