Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinin hər birinə 2000 manat ödənilib

Tural İbadlı Elm-Təhsil | Sosial 04 yanvar 2022
Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib.
Belə ki, indiyədək 41 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31