Səhiyyə naziri: "Qaynar Xətt"ə zənginə cavab verilməyən səbrli olaraq yenidən zəng vursun”

Tural İbadlı Səhiyyə 10 fevral 2022
0
"Qaynar Xətt"ə kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.
NewsCafe” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur: "Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunun təmin etmək üçün bütün lazımi addımlar atılır".
Nazir həmçinin pandemiya dövründə edilən şikayət çoxluğuna da aydınlıq gətirib: “Nəzərə almaq lazım idi ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır. Misal olaraq, Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir. Onlar da test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştammı olan “Omikron”un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayları kəskin sürətdə artır. Bu da istər-istəməz şikayətlərin sayına təsirsiz ötüşmür. Qeyd edim ki, tibb işçiləri axşam saat 9-a kimi işləyir. Ona görə də əhalinin bu məsələdə anlayışlı olmağa səsləyirəm. Amma istənilən halda "Qaynar Xətt"ə daxil olan bütün zənglər cavablandırılır. Kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28