Nadir Manaf Ağayevlə görüşə getdi: “Telefonla danışdım...”

Tural İbadlı Şou 02 mart 2022
0
Bəs, bu müddət ərzində Manaf Agayevin sənət dostlarından onun görüşünə gedən, vəziyyəti ilə maraqlanan olubmu?
Bu məqsədlə hazırda həbsdə olan müğənninin sənət yoldaşlarından bir neçəsinə zəng etdik.
Müğənni Mətanət Əsədova sualımızı sona kimi dinləsə də, "mənə özümlə bağlı suallar verin”, - deyib telefonu qapatdı.
Müğənni Təranə Qumral da müğənni Manaf Ağayev həbsdə olduğu müddətdə onunla maraqlanmadığını deyib:
"Yox, nə getmişik, nə də maraqlanmışıq. Qanunu pozub, cəzasını çəkir”.
Müğənni Nadir Bayramlı isə sənət dostunun arxasınca  müvəqqəti saxlanma təcridxanasına kimi gedib, amma görüşə bilməyib:
"Manaf Ağayevin sənət dostları onunla maraqlanır. Amma bilirsiniz ki, onunla görüşə icazə verilmir. Mən Manaf müəllimlə görüşmək istədim, saxlandığı yerə kimi getdim. Dedilər, pandemiya ilə əlaqədar görüşə icazə verilmir, ancaq telefonla danışa bildim. Şükürlər olsun, hər şey yaxşıdır. Dedi, "hər şey yaxşıdır, bir işdir də olub”. Özünü təqsirli hesab edir. Hər işdə bir xeyir var. İnşallah yaxın günlərdə azadlığına qovuşacaq. Manaf Ağayev dedi ki, dostlara salam de, hər şey yaxşıdır, yaxşı da olacaq. Az qaldım kövrələm. Onu görə bilmədim, neyləmək olar”.
Qeyd edək ki, fevralın 18-də müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər edib. Buna görə, onların hər ikisi məhkəmənin qərarı ilə 15 sutka həbs olunub.
@Qaynarinfo
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031