Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən xaric edilib

Tural İbadlı Əməliyyat-axtarış 07 mart 2022
0
Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində (DİN) xidməti yoxlama aparılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Xatırladaq ki, Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Onların barələrində fevralın 18-də protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031