“Al Market”ə cərimə protokolu yazılıb

Tural İbadlı Məhkəmə 17 mart 2022
0
Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.
NewsCafe”nin xəbərinə görə, “Al Market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031