“Bakı Şəhər Halqası” cərimələndi

Tural İbadlı Məhkəmə 25 mart 2022
0
Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” cərimələnib.
NewsCafe" Qafqazinfoya istinadən xəbər verir ki, “Bakı Şəhər Halqası”nın Əməliyyat Şirkəti yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədib. Nəticədə şirkət barəsində məhkəmə iddiası qaldırılıb. İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılır.
“Bakı Şəhər Halqası” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozub. Maddənin tələblərinə əsasən, şirkət sükan arxasında yol hərəkəti qaydalarını pozmuş şəxs barəsində müvafiq dövlət orqanına məlumat verməyib. Əməliyyat şirkətini 300 manat cərimə cəzası gözləyir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031