Rafael Cəbrayılovun qardaşı saxlanılıb

Tural İbadlı Əməliyyat-axtarış 13 aprel 2022
0
Rafael Cəbrayılovun qardaşı saxlanılıb

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

"NewsCafe"nin "Report"a istinadən verdiyi xəbərə görə, o, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib. Hazırda araşdırma aparılır.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930