Azərbaycan elektrik enerjisi ixracını 27%-ə qədər artırıb

Tural İbadlı Energetika | Sosial 17 dekabr 2019
0
Azərbaycan elektrik enerjisi ixracını 27%-ə qədər artırıb
Azərbaycan bu ilin yanvar-noyabr aylarında 1 742 720,37 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
NewsCafe”nin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə elektrik enerjinin dəyəri 76 034,80 min ABŞ dolları təşkil edib.
Bu ilin 11 ayında ixrac edilən elektrik enerjinin həcmi ötən ilin müvafiq dövründən 362 566,05 min kVt/Saat yaxud 26,27%, dəyəri isə 11 066,38 min dollar və ya 17,03% çoxdur.
Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,42% olub ki, bu da ötən ilə nisbətən 0,06 faiz bəndi azdır.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031