“Azerenerji”nin ixrac gəlirləri 18%-dən çox artıb

Tural İbadlı Energetika | Sosial 28 dekabr 2019
0
“Azerenerji”nin ixrac gəlirləri 18%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında “Azərenerji” ASC 75,9 mln dollarlıq elektrik enerjisi ixrac edib.
NewsCafe” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.
Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 mln dollar yaxud 18,22% çoxdur.
Xatırladaq ki, Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi mübadiləsi həyata keçirir.
Həmçinin bu il mayın 1-dən etibarən Gürcüstan, Türkiyədən tranzit keçməklə Yunanıstana, həmçinin Gürcüstan və Türkiyə ilə yanaşı Bolqarıstandan da keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisi ixrac edir.

Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031