Azərbaycan yanvarda elektrik enerjisinin ixracınə 39% azaldıb

Tural İbadlı Energetika | Sosial 24 fevral 2020
0
Azərbaycan yanvarda elektrik enerjisinin ixracınə 39% azaldıb
Azərbaycan bu ilin yanvar ayında 152 149,79 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
NewsCafe"nin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə elektrik enerjinin dəyəri 7 697,16 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk ayında ixrac edilən elektrik enerjinin həcmi ötən ilin müvafiq dövründən 96 325,39 min kVt/Saat yaxud 38,77%, dəyəri isə 3 419,15 min dollar və yaxud 30,76% azdır.
Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,36% olub ki, bu da ötən ilə nisbətən 0,51 faiz bəndi azdır.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829