ANS-in prezidenti qardaşına görə "Facebook" səhifəsinə müraciət etdi - FOTO

Tural İbadlı Maraqlı | Sosial 07 yanvar 2020
0
ANS-in prezidenti qardaşına görə "Facebook" səhifəsinə müraciət etdi - FOTO
Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev “Facebook” sosial şəbəkəsindəki “Bizim Mentalitet” səhifəsinin admininə müraciət edib.
"NewsCafe" xəbər verir ki, V.Mustafayev adıçəkilən səhifədən qardaşı Çingiz Mustafayevin fotosu silinsinməsini istəyib:
“Çingiz Mustafayevin ailəsi adından sizə müraciət edib rica edirik ki, Milli Qəhraman Çingiz Mustafayevin şəkilini səhifənizin avatarından çıxarasınız. Əzizimizin sizin səhifənizə və həyata keçirdiyiniz layihənizə heç bir aidiyyatı yoxdur. Bunu dərhal etməyinizi xahiş edirik və əvvəlcədən təşəkkür edirik!” – V.Mustafayev əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031