Tibb Universitetinin fasadına 1 milyon manata yaxın vəsait sərf olunacaq

Tural İbadlı Maliyyə-Biznes | Sosial 01 fevral 2020
0
Tibb Universitetinin fasadına 1 milyon manata yaxın vəsait sərf olunacaq
Azərbaycan Tibb Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
"NewsCafe"nin xəbərinə görə, tender müsabiqəsinin qalibi "Nicat-BB" MMC olub. Müsabiqənin şərtinə görə "Nicat-BB" MMC Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasının fasadını təmir edəcək.
Göstərilən xidmətin qarşılığında Azərbaycan Tibb Universiteti "Nicat-BB" MMC-yə 749 min 508 manat 46 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan "Nicat-BB" MMC 15.01.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hətəmov Zəfər Murtuz oğludur. Açıq internet resurslarda barəsində heç bir məlumat olmayan "Nicat-BB" MMC daha əvvəl yalnız Azərbaycan Tibb Universitetinin keçirdiyi tender müsabiqələrinin qalibi olub. "Nicat-BB" MMC 2017-ci ildə Tibb Universitetindən 27 min 127 manat, 2018-ci ildə 826 min 559 manat, 2019-ciu ildə isə 61 min 183 manatlıq tender udub.
Onu da bildirək ki, "Nicat-BB" MMC-nin qanuni təmsilçisi olan Hətəmov Zəfər Murtuz oğlunun adı daha əvvəl "Nicat-HB" MMC adlı şirkətin Texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində keçir.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829