Ədliyyə Nazirliyi 3 gün əvvəl yarana şirkəti qalib etdi

Tural İbadlı Maliyyə-Biznes 11 fevral 2022
0
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
"NewsCafe"açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Pentensiar Xidmətin tabe qurumlarında yolların əsaslı təmiri məqsədilə “Foross 2022” MMC-yə (VÖEN – 1307531491) 48 min 924 manat ödəniləcək.
Tender müsabiqəsinin qalibi olan “Foross 2022” MMC cəmi 20 gün əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əsədov Elman Nasir oğludur. 
Qeyd edək ki, Pentensiar Xidməti kotirovka sorğusunu 26.01.2022-ci il tarixində elan edib. “Foross 2022” MMC isə elandan cəmi 5 gün əvvəl – 21.01.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Bu günlərin də 2-si qeyri iş günlərinə təsadüf edib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 3 gün (iş günü) əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da qeyd edık ki, Pentensiar Xidməti tərəfindən bu cür qeyri-adi tender müsabiqələri əvvəllər də keçirilib.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28