YAP-la REAL-ın namizədi bu qadına görə birləşdi - FOTO

Tural İbadlı Parlament xəbərləri | Sosial 06 fevral 2020
0
YAP-la REAL-ın namizədi bu qadına görə birləşdi - FOTO
17 saylı Yasamal üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülən Elnur Allahverdiyev ilkə imza atıb.
NewsCafe” xəbər verir ki, namizəd sözügedən dairədən rəqibi olan REAL-ın dəstəklədiyi bitərəf vəkil Cavad Cavadovun çağırışına səs verib. E. Allahverdiyev bu barədə öz feysbuk hesabında məlumat yayıb:
“Rəqibimiz Cavad Cavadov özünün feysbuk profilindən Nərimanov heykəlinin yanında, Mikayıl Müşfiq küçəsində bir kimsəsiz xanımın yaşadığını və köməyə ehtiyacı olduğunu yazdı. Kimin imkanı var, ona kömək etsin. Solmaz xanım həqiqətən də çox acınacaqlı vəziyətdə yaşayır, yardıma ehtiyacı var, kimsəsizdir.
Düşündük ki, çağırışa dərhal reaksiya verək. Çünki söhbət vətəndaşdan, xalqdan, vətəndən gedirsə, fikrimizcə, fərdi mübarizə və rəqabət ikinci plana keçməlidir. Göstərilən ünvana getdik və C.Cavadovla birgə Solmaz xanımın şəraiti ilə tanış olduq”.
Cavad Cavadov da bununla bağlı şərh yazıb: “Dostlar, maraqlı hadisə baş verdi. Mən burada olanda YAP-ın namizədi Elnur Allahverdiyev gəldi və mənim statusumu oxuduğunu bildirdi. Nə isə, Solmaz xala ilə iki namizəd birdə söhbət etdik”.









@Qafqazinfo.az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829