“Plastcon Group” Koronovirusla mübarizəyə 5 min manat vəsait ayırdı

Tural İbadlı Maliyyə-Biznes 26 mart 2020
0

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. "NewsCafe" xəbər verir ki, Tikinti sektorunda fəaliyyət göstərən “Plastcon Group” da bu mötəbər çağırışa qoşularaq Dəstək Fonduna 5 min manat məbləğində vəsait ayırdı.

“Dövlətimizin koronavirusla mübarizəyə cəlb edilmiş hər bir qurumunun, o cümlədən tibb işçilərimizin bu çətin günlərdə şücaət göstərərək böyük əzmkarlıqla fəaliyyət göstərdiklərinin şahidi oluruq. Onların xalqımızın rifahı və əminamanlığı naminə gücləndirilmiş iş rejimində çalışdıqları zaman göstərə biləcəyimiz hər hansısa bir dəstək milli həmrəyliyimizi nümayiş etdirir. Bu yolda hər bir şəxs, həmçinin kommersiya təşkilatları da öz imkanları çərçivəsində dəstək olmağa çalışmalıdır“, - “Plastcon Group”-un direktoru  bildirib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. “Plastcon Group” və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031