Azərbaycanın bank sektoru auditdə əsasən "Bakertilly"yə etibar edir - ARAŞDIRMA

Maliyyə-Biznes | Sosial 12 iyun 2020
0

Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən "Bakertilly" şirkətinə etibar edir. 

Bu, "Report"un apardığı araşdırma nəticəsində məlum olub. 

Belə ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur. 

Müştərisi olan bankların sayına görə 2-ci yerdə "Ernst & Young" şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır. 

KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır. 

Əvəzində "Grant Thornton" və "PwC" şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb. 

RSM və "Crowe" şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyəcək 1 qalıb. 

"Best Audit" şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib. 

Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan "Deloitte and Touche" şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti ("Ernst & Young", KPMG və "PwC") isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb. 

Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib. 

 

 

 

2019-cu il

2018-ci il

1

“ACCESS BANK” QSC

“PwC”

“Ernst & Young”

2

“AFB BANK” ASC

“KPMG”

“KPMG”

3

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC

“Ernst & Young”

“Ernst & Young”

4

“AZƏRBAYCAN SƏNAYƏ BANKI” ASC

“Grant Thornton”

“RSM”

5

“AZƏR-TÜRK BANK” ASC

“Ernst & Young”

“Ernst & Young”

6

“BANK AVRASİYA” ASC

“Bakertilly”

“Bakertilly”

7

“BANK OF BAKU” ASC

“Bakertilly”

“KPMG”

8

BANK “BTB” ASC

“KPMG”

 “KPMG”

9

“BANK RESPUBLİKA” ASC

“KPMG”

“KPMG”

10

“PREMİUM BANK” ASC

“Grant Thornton”

“Grant Thornton”

11

BANK VTB (AZƏRBAYCAN) ASC

“Ernst & Young”

“Ernst & Young”

12

“EXPRESSBANK” ASC

“PwC”

“PwC”

13

“GÜNAYBANK“ ASC

“RSM”

“Nexia EA”

14

"KAPİTAL BANK" ASC

“Ernst & Young”

“Ernst & Young”

15

MELLİ İRAN BANKI BAKI FİLİALI

“Best Audit” MMC

“Best Audit” MMC

16

"MUĞANBANK" ASC

“Bakertilly”

 “Bakertilly”

17

“NAXÇIVANBAK” ASC

“Bakertilly”

“Bakertilly”

18

"YELO BANK" ASC

“Bakertilly”

“KPMG”

19

PAKİSTAN MİLLİ BANKININ BAKI FİLİALI

“Grant Thornton”

“Best Audit” MMC

20

"PAŞA BANK" ASC

“Ernst & Young”

“Ernst & Young”

21

"RABİTƏBANK" ASC

“KPMG”

 “KPMG”

22

"TURANBANK" ASC

“Bakertilly”

“Bakertilly”

23

"UNİBANK" ASC

“Bakertilly”

“Bakertilly”

24

"XALQ BANK" ASC

“Crowe”

“Crowe”

25

"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC

“PwC”

“PwC”

26

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC

“Bakertilly”

“Bakertilly”

 

 

 

 

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930