Neymar məhkəmədə "Barselona"ya uduzub

İdman | Sosial 19 iyun 2020
0

"Barselona" ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.

"NewsCafe" ESPN nəşrinə istinadən xəbər verir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 22 milyon avroluq mükafat tələbəni rədd edib.

Üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930