Messinin yeni uğuru

Tural İbadlı Futbol 09 yanvar 2021
0
"Qranada" ilə İspaniya La Liqasının XVIII tur matçında dubl edən "Barselona"nın futbolçusu Lionel Messi növbəti tarixi nailiyyətə imza atıb.
"NewsCafe"nin məlumatına görə, argentinalı hücumçu son 15 mövsümdə 10 və daha çox qol vuran yeganə oyunçuya çevrilib.
Səfər qarşılaşması Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Kapitan 35-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu isə Antuan Qrizmann 12-ci və 63-cü dəqiqələrdə vurub.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Komanda 18 turdan sonra 3-cü pillədə qərarlaşıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031