Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb

Tural İbadlı Maraqlı 13 avqust 2021
0
Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.
"NewsCafe" "Mercado Libre" saytına istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.
Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031